Qırmızı.az
Mərdəkandan köçürülən əlillər şikayət edir
Sentyabrın 26-sı bir qrup əlil Mərdəkan müalicə pansionatından Gəncədə yerləşən pansionata köçürülüb. Orada bir gün qalan əlillərin bir hissəsi sentyabrın 27-də Gəncədən Bakıya qayıdıblar. 1 il 5 ay Mərdəkandakı Pansionatda qaldığını deyən əlil Denis Nikolayeviç Publika.az-a bildirib ki, əqli cəhətdən sağlam olduqlarına görə, onların Gəncədə və ya Buzovnada yerləşən ruhi-əsəb xəstələrinin yaşadığı pansionatda yaşaması mümkün deyil: “Mən 27 ildir Bakıda yaşayıram. İndi göndəriblər Gəncəyə, ruhi xəstə uşaqlarla eyni yerə. Mən orada necə yaşayım? Bununla bağlı nazirliyə də şikayət etmişik. Biz axı həbsxanada yaşamırıq, biz əqli cəhətdən normal insanlarıq. Bilmirəm taleyimiz necə olacaq”.
Məsələ ilə bağlı Mərdəkanda yerləşən müalicə pansionatı ilə əlaqə saxladıq. Pansionatdan Publika.az-a verilən məlumata görə, köçürülmə yaş həddi ilə bağlıdır. Belə ki, pansionatda qadınlar üçün 60, kişilər üçünsə 63 yaş müəyyən edilib. Bundan aşağı yaşlıları ölkədə olan digər müvafiq müəssisələrə köçürürlər.
Əqli cəhətdən sağlam olan şəxslərin ruhi xəstələrlə eyni yerə köçürülməsinə gəlincə, pansionatdan bildirdilər ki, bu, düzgün deyil: “Hər kəs öz təyinatına görə köçürülür. Yaşı az olanlar Ramanaya, Buzovnaya köçürülür, burada ancaq 60-63 yaşdan yuxarı olanlar qalır. Köçürülərkən hər kəsin tibbi tarixçəsinə baxılır. Elə-belə göndərmək olmaz axı”.
Qeyd edək ki, Bilgəh və Mərdəkandan başqa bütün pansionatlar əsasən ruhi və psixi problemli insanlar üçün nəzərdə tutulub .
Xatırladaq ki, hələ keçən ilin yayından Mərdəkan müalicə pansionatının əsaslı təmirə bağlanmasıyla əlaqədar orada yerləşən əlillərin bir hissəsi Bilgəhdə yerləşən qocalar evinə köçürülsə də, sonradan onların bir hissəsi Buzovnaya, digər bir hissəsi isə Mərdəkan müalicə pansionatına qaytarılıb.
Gülnar Əliyeva
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO