Fövqəladə hadisələrlə bağlı məşq keçirildi - Foto
Bizi izləyin

Qırmızı.az

Fövqəladə hadisələrlə bağlı məşq keçirildi - Foto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əmək şəraiti normalarının işlənməsi idarəsində rəhbər heyətin “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda məşqi keçirilib.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, məşq fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrin aradan qaldırılmasının təşkili və ilkin tədbirlərin görülməsi üçün işçilərin maarifləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Səbail rayon mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov çıxış edərək fövqəladə hadisələr və təbii fəlakətlər zamanı ilkin yardım göstərilməsi, yanğından və digər təhlükələrdən qorunmaq yolları barədə maarifləndirici məsləhətlər verib. Yanğınsöndürmə, rabitə, xilasetmə və sanitar manqa üzvləri məşqdə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəisi Telman Məhəmmədov FHN-in mülki müdafiə şöbəsi ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin müntəzəm olaraq keçirilməsinin işçilərin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm