Qırmızı.az
Nazirliyə 7 minə yaxın müraciət daxil olub
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-“Çağrı mərkəzi”nə edilən müraciətlərin 94,5 faizi sorğu xarakterli olub. Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-“Çağrı mərkəzi”nə 6834 müraciət daxil olub ki, onların 94,5 faizi (6461 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların 68,2 faizi, yəni 4410 müraciət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlər tərəfindən edilib. Bundan başqa, ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 1551-i sosial təminat, 303-ü əlillik və reabilitasiya, 570-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma ilə bağlı olub.
Ümumilikdə cari ilin 9 ayında isə 142-“Çağrı mərkəzi” tərəfindən 17 061 müraciət cavablandırılıb ki, onlardan 8549-u əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı, 1229-u məşğulluğun təminatı, 913-ü əlillik və reabilitasiya, 6370-i sosial təminat məsələlərini əhatə edib.
Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən operativ və obyektiv şəkildə cavablandırılıb, habelə sorğularla bağlı müvafiq izahatlar verilib.
Gülnar Əliyeva
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO