Qırmızı.az
Mehriban Əliyeva daha bir ali mükafata layiq görüldü
Oktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
V.Matviyenko deyib: "Biz Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə
Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq.
Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm
Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun
prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada
arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər
hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu
yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur
ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və
möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə
edərək, həmkarlarım adından Rusiya-Azərbaycan münasibətlərinin
inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin
fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası
tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB
ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali
mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın
inkişafına töhfə verən şəxslərə təqdim edirik".
Mehriban Əliyava isə bildirib: "Mən bu mükafata görə Sizə dərin
minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan
arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız
həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar
etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün
sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini,
münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar
əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki,
bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik
töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr
genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə
televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun
adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd
olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan
sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ
olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik".
V.Matviyenko qeyd edib ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi
qeydiyyata götürülüb və dünyada artıq Bakı Forumu kimi tanınır:
"Bu, Azərbaycanın və şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin
humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya
ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi
sahəsində nə qədər çox iş gördüyünüzü bilirəm. Bu, Azərbaycanın
nüfuzunu artırır və Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə
dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən
töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir.
Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi
böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə
münasibətilə təbrik edirik və mənim həmkarlarım, Federasiya
Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə
hazırıq".
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?