Yataq xəstəsi evdə yandı
Bizi izləyin

Qırmızı.az

Yataq xəstəsi evdə yandı

Yataq xəstəsi evdə yandı

Bakının Binəqədi rayonunda birmərtəbəli 1 otaqlı evin dam örtüyü yanıb. Ona bitişik digər birmərtəbəli 3 otaqlı evin dam örtüyü də yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin anası yataq xəstəsi 1961-ci il təvəllüdlü Marina Kalotko Vasiliyevananın yanmış meyiti aşkar edilib.

Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm