Qırmızı.az
Ananın məhkum oğluna gətirdiyi pendirdən "Nokia"lar çıxdı
11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası - Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3 ünvanında yaşayan vətəndaş Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Ə.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 371-2.1 və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?