Qırmızı.az
Bakı-Quba yolunda yeni yol ötürücüsü inşa edilir
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində yerləşən mövcud yol ötürücüsünə paralel olaraq yenisi inşa edilir. Artıq yeni 3 aşırımlı yol ötürücüsündə svay işləri başa çatdırılıb. Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırda özülün armatur dəmir karkası yığılır. Bu
işlərdən sonra betonlama işlərinə və dayaq gövdəsinin tikintisinə
başlanılacaq. Eyni zamanda, nəqliyyat vasitələrinin müxtəlif
istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da
salınacaq. Qabariti 20 m, yerdən hündürlüyü 5 m-dən artıq nəzərdə
tutulan yolötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat
vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yol
ötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat
vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək.
Məlumat üçün qeyd edək ki, hazırda sözügedən yolda yerləşən mövcud
yol ötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə
gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli
kəsişməsini təmin edir.
Gülnar Əliyeva
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR