Nobel sülh mükafatçıları bəlli oldu
Bizi izləyin

Qırmızı.az

Nobel sülh mükafatçıları bəlli oldu

Bu gün Nobel sülh mükafatının yeni qaliblərinin adları bəlli oldu.

Bu il mükafat pakistanlı gənc Malala Yousifzaya və hindistanlı aktivist Kaylaş Satirtiyə verilib.

Malala Yousifzaya Talibanın tələbinə baxmayaraq, məktəbə getməkdə davam edib. Hətta bir dəfə Taliban qruplaşması ona başına atəş də açıb. Bütün bu təhdidlərə baxmayaraq, gənc Malala ölkəsində qadınların təhsil hüquqları uğrunda mübarizəni davam etdirir. 2012-ci ildə ölkəsini tərk edib.

K. Satirti 1954-cü ildə doğulub, uşaq hüquq müdafiəçisidir.

Qeyd edək ki, bu il mükafata namizədlər arasında aşağıdakı məşhurlar var idi:

1.Ban Ki Mun

2.Roma papası Fransisk

3.Edvar Snouden

4.Uruqvay prezidenti Xose Muyika

5.Rusiyanın "Novaya Qazeta" qəzeti

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm