“Sevil massivi”ndə inşaat dayandı, pullar isə…
Bizi izləyin

Qırmızı.az

“Sevil massivi”ndə inşaat dayandı, pullar isə…

“Sevil massivi” MMC-nin rəhbəri Hacı Aynur Zeynalovun həbsindən sonra sensasion proseslər cərəyan edir.

Axar.az-ın əldə etdiyi məlumata görə, MMC-nin tikməkdə olduğu yaşayış binasında inşaat işləri dayandırılıb. Bu massivdən ev alan payçıların isə pulları qaytarılmağa başlanıb.

Məlumatı verən “Sevil massivi” MMC-yə yaxın şəxsin dediyinə görə, binadan mənzil alan vətəndaşları bir-bir çağırıb, ödədikləri pulları qaytarırlar. Binanın tikilməyəcəyini deyən MMC rəhbərliyi Hacı Aynurun həbsindən sonra vəziyyətin ağırlaşdığını bəyan edib və payçıların pullarını qaytarıb. Vəsaitlər notarial qaydada qaytarılır. Qeyd olunur ki, vətəndaşların vəsaitlərinin qaytarılmasında Abşeron rayon icra hakimiyyətinin nümayəndələri iştirak edirlər. Bəzi iddialara görə, vəsaitlərin qaytarılmasını icra hakimiyyəti öz üzərinə götürüb.

Ümumilikdə, 30 milyon manatın qaytarılacağı planlaşdırılır. Pullar qaytarılarkən Xırdalan şəhərindəki 1 saylı notariusda qeyd olunur.

Bu vaxta qədər 2 milyondan artıq vəsaitin qaytarıldığı bildirilir. Hazırda onlarla vətəndaşa 5, 10, 15 min manat civarında ödədikləri ilkin ödənişlər qaytarılıb.

Onu da deyək ki, MMC torpaq satışı və ev tikintisi ilə məşğul idi, kreditlə mənzil tikirdi. Şirkət əlavə olaraq, yeganə çoxmərtəbəli bina da tikməyə başlamışdı.

Xatırladaq ki, A.Zeynalov vergidən yayınma ittihamı ilə həbs edilib və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İddiaya görə, o, sələfi təriqətinin üzvü olub. Hətta MMC-nın ərazisində sələfilərə məscid tikdirməyə cəhd etdiyi söylənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm