Qırmızı.az
Ekologiya postunun ətrafındakı yol genişləndirilir
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrini (DİN-in Ekologiya postu yanındakı yol qovşağını) Binəqədi şosesi ilə birləşdirən 4-cü Qapı adlanan küçədə yenidənqurma işləri aparılır.
Bu barədə Publika.az-a “Azəryolservis”ASC-nin mətbuat xidmətindən məlumat verilib. 4-cü qapı küçəsi qəsəbədaxili yol kimi 8-10 ton yük üçün layihələndirilərək tikilib. Yolun neftçıxarma ərazisindən keçməsi, yolboyu bəzi hissələrdə neft qarışmış çirkab kanallarının yerləşdirilməsi də yolun əsasının nəmlənməsinə və möhkəmliyinin zəifləməsinə səbəb olmuşdu. Son illərdə ağırçəkili yük maşınlarının bu küçə vasitəsilə şəhərə daxil olması səbəbindən isə küçənin yol örtüyündə çoxlu sayda çökmə, qabarma kimi deformasiyalar əmələ gəldiyindən nəqliyyat vasitələrinin hərəkəti olduqca çətinləşmişdi. Ona görə də yolun yenidən qurulması qərara alındı.
Məlumatda bildirilir ki, uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 metrə qədər genişləndirilir. Sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir, kanalizasiya boruları qoyulmaqla yol ərazisindən kənarlaşdırılır. Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır, 1,5-2 m dərinliyində yenidən inert materialları ilə doldurularaq kipləşdirilir. Bundan əlavə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO