Qırmızı.az
Meriyadan sürücülərə XƏBƏRDARLIQ
"Avtomobillərini müvəqqəti ödənişli duracaqlarda yol hərəkəti qaydalarına zidd formada saxlayan sürücülərin parkomatlarda ödəniş etməsi onları məsuliyyətdən azad etmir".
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) rəisinin müavini Lətif Axundov deyib.
Ona görə də L.Axundov sürücülərdən yol kənarlarındakı ödənişli
müvəqqəti duracaqlarda avtomobillərini düzgün parklamalarını xahiş
edib: “Yolların hər birinin başlanğıcında bizim nişanlarımız
qoyulub. Avtomobillər səkiyə paralel formada saxlanmalıdır. Amma
əksinə, vətəndaşların bəziləri avtomobilləri 45 dərəcəlik bucaq
altında saxlayır, bu isə yollarda tıxacların yaranmasına səbəb
olur. Xahiş edirik ki, parklanmanı həyata keçirəndə diqqətli
olsunlar. Elə yerlər var ki, yollarda “cib” olanda xüsusi işarələr
qoyulur və orda maşınlar 45 dərəcə bucaq altında saxlanmalıdır.
Lakin digər ərazilərdə avtomobillər yola paralel dayanmalıdır. Əgər
sürücü avtomobili 45 dərəcə bucaq altında saxlasa, bu, yol hərəkəti
qaydalarının pozulması hesab edilir. Nəticədə yol polisi
əməkdaşları həmin şəxsləri inzibati məsuliyyətə cəlb edərək
cərimələyirlər”.
Rəis müavini qeyd edib ki, bəzi sürücülər nəqliyyat vasitələrini
qanunun tələblərinə zidd formada saxlayır və parkomatlarda ödəniş
edərək məsuliyyətdən yayınmağa çalışırlar: “Bəzi sürücülər
avtomobili yolun ikinci cərgəsində saxlayır, sonra isə özünü
sığortalamaq üçün parkomatda ödəniş edərək deyirlər ki, avtomobili
duracaqda saxlamışam. Bu, düzgün deyil. Bu, əslində birbaşa qanun
pozuntusudur. Bəzən isə avtomobilləri səkilərin üstünə çıxarırlar.
Bu da piyadaların hərəkətinə maneçilik törədir və qanun pozuntusu
hesab edilir. Belə hallarda parkomatda ödəniş etmək onları
məsuliyyətdən azad etmir. Xahiş edirik, səkilərdə avtomobili
saxlamasınlar, səkilər piyadaların hərəkəti üçündür”.
Bir sıra sürücülərin bəzi ərazilərdə duracağın ödənişli olduğunu
bildirən xəbərdaredici məlumatların yoxluğundan şikayətləndiyini
əlavə edən L.Axundov onu da bildirib ki, əslində yol hərəkəti
qaydalarını bilən və yol nişanlarından başı çıxan sürücülər yaxşı
bilirlər ki, belə elanlara heç də hər zaman ehtiyac yoxdur:
“Avtomobilin ödənişli duracağa daxil olduğunu bildirən xəbərdarlıq
nişanlarının olmadığı yerlərdə digər xüsusi məlumat lövhəcikləri
olur. Əgər duracaqda “P” hərfinin altında “1,3,10” yazılan məlumat
lövhəciyi varsa, elə bunun özü dayanacağın ödənişli olduğunu
bildirir. Həmin işarələr varsa, əlavə yazıya, xəbərdarlığa ehtiyac
yoxdur. Sadəcə, bəzi sürücülər yol hərəkəti qaydalarını
bilmədiyindən həmin nişanların nəyi ifadə etdiyindən də
xəbərsizdirlər”.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO