Qırmızı.az
Nazirlikdən toy xəbərdarlığı
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qanunda istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etməyin qadağan olduğu göstərilir. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
Şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur:
- məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən
əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və
göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər
şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim
olunmasına;
- qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və
sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız
müəyyən etdiyiniz malların daxil edilməsinə;
- məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar,
rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının
yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;
- məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu
və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək
xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş
müqavilə bağlanılmasına;
- göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən
ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal
sonra təqdim olunmasına.
“Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik əhvali-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla xatırlanacaq.
Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur”, - deyə nazirlik bildirib.
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı










.jpg)


























