Nida Təhlil
Jirinovskinin İran müharibəsi haqda 7 il öncə dedikləri baş verir - Dəhşətli proqnozlar
Ölümündən sonra proqnozlarının doğru çıxması ilə gündəmə gələn rusiyalı siyasətçi Vladimir Jirinovskinin İran müharibəsi ilə bağlı öncədən dedikləri diqqət çəkib.
Publika.az xəbər verir ki, Jirinovski hələ 2019-cu ildə İran müharibəsi ilə bağlı proqnoz vermişdi. Müharibənin başlanmasından sonra baş verənlər rusiyalı siyasətçinin böyük ölçüdə haqlı çıxdığını deməyə əsas verir.
Onun proqnozuna görə, İsrail İranın nüvə obyektlərini bombalayacaq, sonra “böyük qardaş” – ABŞ müdaxilə edəcək və NATO-nu da prosesə qoşacaq: “Dəhşətli silahlardan istifadə ediləcək, hətta taktiki nüvə silahının işə salınması da ola bilər”.
Hazırda Jirinovskinin dedikləri yaşanır. İsrail və İran arasında 12 günlük müharibədən sonra ABŞ prosesə qoşuldu, müharibə başlandı. 40 günə qədər davam edən müharibədə atəşkəs əldə olunsa da, sülh perspektivi dumanlı görünür və eskalasiyanın yenidən başlayacağı, daha genişmiqyaslı olacağı gözləniləndir.
Jirinovski hesab edirdi ki, neft qiymətləri cidi şəkildə artacaq: “ABŞ İrana zərbə endirsə, neft qiyməti 300 dollara qədər qalxacaq. Avropa İttifaqı və Çinin iqtisadiyyatı çökəcək”.
Müharibə başladıqdan, xüsusilə İranın Hörmüzü bloklamasından sonra dünya bazarında neftin qiymətində kəskin artım baş verdi. Ekspertlər qiymətin 200 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Lakin atəşkəsin əldə olunması və danışıqların başlanması bazarı müəyyən qədər tənzimləyib. Hər şey danışıqlardan asılı olacaq. Ki, anlaşma ehtimalları zəifdir. Eskalasiyanın yenidən başlanması neft qiymətini ən azı 200 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
Jirinovskinin proqnozuna görə, İranda müharibə başladıqdan sonra milyonlarla qaçqın şimala – Cənubi Qafqaza, daha sonra Rusiyaya axın edəcək.
İran daxilində üç milyon insanın ölkənin fərqli bölgələrinə axın etdiyi haqda məlumatlar var. Müharibə davam edərsə, qaçqın axını sərhədləri aşacaq.
Jirinovski İran müharibəsinin başlanğıc olacağını və Üçüncü Dünya Müharibəsinə yol açacağını düşünürdü.
Asif
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
































