Qırmızı.az
Polşada Topçubaşovun barelyefinin açılışı olub
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının əsas binasında 1918-1920-ci illərdə Polşanın Baş naziri olmuş İ.Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefinin açılışı olub.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, barelyefin açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, İ.Paderevski adına Musiqi Akademiyasının rektoru Halina Lorkovskaya, Akademiyanın prorektorları, müəllim və tələbə heyəti və Poznan ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə xanım H.Lorkovskaya açaraq İ.Paderevski və Ə.Topçubaşov haqqında danışıb və barelyefin İ.Paderevskinin adını daşıyan Musiqi Akademiyasında qurulmasını əlamətdar hadisə kimi dəyərləndirib.
H.Həsənov çıxışında Azərbaycan haqqında məlumat verib və Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Səfir bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının ona edilən yaxşılıqları və öz dostlarını unutmayan xalq olduğunun göstəricisidir.
Sonra Azərbaycan səfiri və Akademiyanın rektoru barelyefi açıblar.
Tədbirin sonunda Musiqi Akademiyasının tələbələrinin hazırladığı konsert olub.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO