Qırmızı.az
23 minə yaxın işsiz işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu dövrdə 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir
şəhərlərindəki Əmək birjaları tərəfindən hesabat dövründə 3143
nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Qeyd
edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə
işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün
onların qısa müddətli işlərlə təmin olunmasına köməklik
göstərir.
Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair
sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət
edən vətəndaşlara təklif edilir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı