Qırmızı.az
ARDNŞ: Dənizə düşən 4 nəfərin axtarışı davam etdirilir
Oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.
Publika.az-ın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata
görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb,
meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və
yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən
dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ
tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və
“PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilmişdir.
İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi
tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4
nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat
veriləcəkdir.
Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi