"Dinlə"dən əldə olunacaq gəlir əlil uşaqlara bağışlanacaq
Bizi izləyin

Qırmızı.az

"Dinlə"dən əldə olunacaq gəlir əlil uşaqlara bağışlanacaq

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəvəti ilə Azərbaycana gəlmiş ünlü təsəvvüf araştırmaçısı, yazar Camalnur Sarqutun Türkiyədə çox populyar olan son kitabı "Dinlə" Azərbaycan dilində Bakıda müəllifin iştirak ilə təqdim olunmuşdu.

ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva bildirib ki,rəhbərlik etdiyi təşkilatın dəstəyi ilə işıq üzü görən "Dinlə" kitabı çox maraqlı bir kitabdır və nəfsini tərbiyə etmək istəyənlərə ciddi yol göstərəcək nəşrlərdəndir.

Dəyərli dostu Camalnur Sargutun şəxsi razılığı və qonorar tələbi olmadan Azərbaycanca yayınlanan kitabın satışından əldə edilən bütün gəlirin ciddi sağlıq problemi olan əlil bir uşağa bağışlanacağını deyən ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva bu xeyirxahlıq aksiyasını müəllifin həyat və fəaliyyəti, kitabın insanlığa verdiyi məsajla səsləşən bir hadisə olduğunu vurğulayıb və kitab alaraq, aksiyaya dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, qardaş Türkiyədə çox populyar olan " Dinlə" kitabını Azərbaycan dilində "Əli və Nino" kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm