Qırmızı.az
Bakıda alıcıları aldadan daha bir mağaza
Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınır.
Publika.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqini keçirib.
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 134, mənzil 21 ünvanında fəaliyyət göstərən “SİLA” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Belə ki, mağazanın vitrin pəncərəsində “Bütün yeni sezon
mallarına 25% endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada
həmin malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar
olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə
alınmadan yayımlandığı da müəyyənləşdirilib.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR