Qırmızı.az
Dini Komitə: "Ehsan verilməsinə qadağa yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yas
mərasimlərində ehsan verilməsinə qadağa qoyulması məsələsinə
aydınlıq gətirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə eksklüziv
açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsi ilə
bağlı qadağa yoxdur: "Burada söhbət sadəcə yas mərasimlərində ifrat
israfçılığın qarşısının alınmasından gedir. Bu istiqamətdə də
tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları
İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Yas
mərasimlərində ifrat israfçılığın qarşısının alınması ilə bağlı
proses gedir, hər regionun xüsusiyyəti nəzərə alınır və bu
tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din
xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də nəzərə
alınır".
M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: "Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim, qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə, biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır".

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı