Qırmızı.az
Nərgiz Paşayeva İngiltərə–Azərbaycan Cəmiyyətinin fəaliyyətindən danışdı
Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir.
Bu sözləri Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri
arasında keçirilən ənənəvi görüşdə Cəmiyyətin Azərbaycan tərəfdən
həmsədri professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində
deyib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixindən danışan Nərgiz
Paşayeva qurumun hər iki ölkədə özunəməxsus etimad və nüfuz
qazandığını qeyd edib. Bildirib ki, Cəmiyyət həmişə vətəndaşlar ilə
təmas qurmağa, faydalı ideyaları həyata keçirməyə çalışır.
İngiltərə-Azərbaycan Cəmiyyətinin diqqət yetirdiyi prioritet
sahələrin xeyriyyəçilik, mədəniyyətlərarası mübadilə və təhsilin
inkişafına qayğı olduğunu deyən professor bu sahələrin cəmiyyətin
həyatında mühüm rol oynadığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, Avropanın nailiyyətləri artıq dünyaya
məlumdur. Bu nailiyyətlərdən faydalanmaq lazımdır. Azərbaycanın
mahiyyətini İngiltərədə sadə insanlar arasında təbliğ etmək,
ölkəmizin təkcə Şərqin deyil, Qərbin də mədəni dəyərlərinə sahib
olduğunu göstərmək fəaliyyətimizin əsas istiqamətidir. Beləliklə,
hər iki ölkənin vətəndaşları arasında mövcud olan əlaqələr daha da
möhkəmlənəcəkdir.
Cəmiyyətin yeni həmsədri Lord German haqqında da fikirlərini
bölüşən Nərgiz Paşayeva onun azadfikirli və humanist bir insan
olduğunu bildirib. Lord Germanla birgə çalışmaqdan məmnunluğunu
ifadə edən professor, onun fəaliyyətinin Cəmiyyətin işinə yeni
töhfələr verəcəyinə əminliyini vurğulayıb.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO