Qırmızı.az
Komitənin adından yalan məlumat yayırlar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) qurumun adından yayılan xəbərləri təkzib edib.
Publika.az-ın məlumatına görə, son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb.
Dövlət Komitəsi bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [email protected] adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil.
DQİDK-nın fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar komitənin rəsmi internet saytından (www.scwra.gov.az) və mətbuat katibinin elektron ünvanından ([email protected]) yayılır.
Komitə media qurumlarından xahiş edir ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları komitənin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə, yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur. Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər