Mənzildən meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Mənzildən meyiti tapıldı

Bakıda mənzildə kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü Valodin İqor Borisoviç köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən İ.Valodin huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətandaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm