İŞİD şəxsi valyutasını dövriyyəyə buraxır
Bizi izləyin

Qırmızı.az

İŞİD şəxsi valyutasını dövriyyəyə buraxır

"İslam Dövləti" (İŞİD) terror qruplaşması şəxsi valyutanı dövriyyəyə buraxmaq istəyir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Daily Mail” nəşri yazıb. Qəzetin məlumatına görə, İŞİD ekstremistləri dinar pul vahidinə üstünlük vermək niyyətindədir. Sikkələrin təmiz qızıl və gümüşdən kəsiləcəyi bildirilir.


Nəşrin məlumatına görə, İŞİD tərəfindən şəxsi valyutanın buraxılması haqqında xəbərlər Mosul və Naynavı məscidlərində dini liderlərin bəyanatlarına istinadən sosial şəbəkələrdə çıxıb. İŞİD yayılan bu informasiyanı hələ təsdiq etməyib.


Dinar hazırda Əlcəzair, Bəhreyn, İran, İraq, İordaniya, Küveyt, Liviya, Serbiya, Tunis və Makedoniyada rəsmi valyutadır.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm