Qırmızı.az
Gəncədə Milli Konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan və ABŞ
hökumətlərinin birgə maliyyələşdirdikləri Sosial İqtisadi İnkişaf
Fəaliyyəti layihəsi (SEDA) tərəfindən Gəncədə “Vətəndaş
iştirakçılığı: qanunvericilik və onun tətbiqi məsələləri”
mövzusunda konfrans keçirilib.
Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
konfransda Gəncə-Qazax iqtisadi rayonunu əhatə edən 9 şəhər və
rayonun icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə
sədrləri, yerli QHT rəhbərləri, eləcə də beynəlxalq ekspertlər
olmaqla ümumilikdə 80 nəfər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin
xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransı
giriş sözü ilə açaraq Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb,
Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatlarının fəaliyyətinə
və inkişafına daim qayğı göstərdiyini bildirib. E.Vəliyev vətəndaş
cəmiyyəti institutlarının dövlətlərin iqtisadi və sosial həyatında
mühüm rol oynadığını və çoxsaylı ictimai, sosial, iqtisadi
problemlərin həllində vacib tərəfdaş kimi çıxış etdiyini xüsusi
vurğulayıb. Tədbirin keçirilməsini regionda fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarına yüksək qayğı olaraq dəyərləndirən
şəhər icra hakimiyyətinin başçısı konfransın işinə uğurlar
arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin
deputatı Azay Quliyev tədbirin əhəmiyyətini qeyd edərək “İctimai
iştirakçılıq haqqında” Qanunun qəbulunu və onun Prezident İlham
Əliyev tərəfindən icraya yönəldilməsini ölkə vətəndaşlarının dövlət
idarəçiliyində və qərarların qəbulunda fəal iştirakının təmin
edilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan
Hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi
islahatların, vətəndaş cəmiyyəti quruculuğunun və demokratikləşmə
prosesinin davamlılığı, dövlət-vətəndaş münasibətlərinin
inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlandığı kimi
dəyərləndirib.
Sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş ofisinin Qafqaz üzrə
məsul işçisi xanım Hezer Vord, Qeyri-Kommersiya Hüququ üzrə
Beynəlxalq Mərkəzinin (ICNL) vitse-prezidenti Nataliya Burjali,
Şərq-Qərb İdarəetmə İnstitutunun layihə rəhbəri Tim Mediqan və
başqaları çıxış edərək “İctimai iştirakçılıq haqqında” Qanunun
tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il
noyabrın 22-də imzaladığı Fərmandan irəli gələn məsələlərin
regionun dövlət, yerli özünüidarəetmə orqanları və vətəndaş
cəmiyyəti institutlarının nümayəndələri ilə müzakirə edilməsini
yüksək qiymətləndiriblər.
İşini panel iclasları ilə davam etdirən konfransda ICNL-nin MDB
üzrə baş hüquq məsləhətçisi Məhəmməd Quluzadənin, Şura katibliyinin
icraçı direktoru Fərasət Qurbanovun mövzu ilə bağlı məruzələri
dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan