Qırmızı.az
İstirahət günü hava necə olacaq?
İstirahət günü Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti
olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz
təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin qərb
rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal
küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5
dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti
olacağı gözlənilir.
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO