Qırmızı.az
Rövşən Lənkəranski haqda yeni Aşura xəbəri
Məşhur avtoritet Rövşən Canıyevin anası Aşura günü Lənkəranda ehsan verib.
Axar.az-a daxil olan məlumata görə, Rövşən Lənkəranskinin anası Hacı Məsudə xanım hər il olduğu kimi bu il də ehsan süfrəsi təşkil edib. Lənkəranın Kiçik Bazar adlanan yaşayış massivində Lənkəranskinin valideyni ehsan məclisi açıb və bu, hər il ənənəvi olaraq təkrarlanır. Həmçinin, Ramazan ayında ehsan mərasimi təşkil edir, Qurban bayramında qurbanlıq paylayır.
Məlumatda deyilir ki, illərdir oğlundan ayrı yaşayan ana övladından nigarandır. Hacı Məsudə xanım oğlu barəsində mətbuatda tez-tez müxtəlif xəbərlərin yayılmasından narahat olur.
R.Lənkəranskinin gah yaralanması, gah öldürülməsi, yaxud da axtarışda olması barədə vaxtaşırı mətbuata sızan informasiyalar ailəsinin narahatlığına səbəb olur. Hazırda Lənkəranskinin anası rayonda yaşayır. Məşhur avtoritetin həyat yoldaşı öz yaxın qohumudur və anası ilə birgə yaşayır.
Ailəyə yaxın olan mənbə onun Lənkəranda olması xəbərini də təkzib edib və bildirib ki, Lənkəranski hazırda Dubaydadır. Məşhur oğrunun qardaşı Namiq Canıyev də bunu açıqlamasında təsdiqləyib.
Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq