Qırmızı.az
Batumidə keçirilən beynəlxalq Forumda skandal - Gürcü prezidenti buna görə gəlmədi - FOTO/VİDEO
Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib; ermənipərəst çex təşkilatı aralığı qatdı; Gürcüstan prezidenti tədbirə qatılmadı.
Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib.
Baş redaktorun sözlərinə görə, Çexiyanın ermənipərəst People in Need təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Plakatlardan birində Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir. İştirakçılardan biri - Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər.
Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov müsavat.com-a bildirib ki, forumun proqramında bu yoxdur və məsələ qərəz məsəsləsidir: "Bu təşkilat Avropada ermənipərəst kimi tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığışmır. Ona görə də forumu boykot edirik".
R. Arifoğlu musavat.com -a deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə heyətindən forumda cəmi 5 nəfər iştirak edir: "Mən onların da mövqelərini öyrəndim. Dedilər ki, bu, adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gərək yoxdur. Foruma qatılmayanların bəziləri isə Prezident Administrasiyasından idarə olunurlar, iqtidar yönlüdürlər. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların əksəriyyəti müstəqil və müxalif yönümlüdürlər. Sadəcə, onlar ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər". Azərbaycan nümayəndə heyəti bir neçə televiziyaya müsahibə veriblər.
Ermənilər skandalı yaxından izləyirlər.
Rauf Arifoğlu Forumda Gürcüstan prezidentinin və baş nazirinin iştirak etməməsinə də diqqət çəkib. Onun öyrəndiyinə görə, məhz foyedə baş verən bu skandala və nümayəndə heyətlərinin çəkişmələrinə görə Gürcüstan prezidenti və rəsmilər Foruma qatılmayıblar. Çünki çexlər polisə şikayət ediblər ki, azərbaycanlılar onları vurub (Səlim Babayevdən bu mövzuda şikayət olunub).
Müxbirimiz deyir ki, bütün skandalı Ermənistan Pen Klubun prezidenti, Forumdakı erməni nümayəndə heyətinin koordinatoru Boris Novosardyan idarə edir.
Batum skandalının drijoru Boris Novosardyan
Qeyd edək ki, Forumun azərbaycanlı həmsədri iqtisadçı alim Vüqar Bayramovdur. Bu gün həm də onun sədrliyinin səlahiyyət müddəti bitir.
Musavat.com
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA