Qırmızı.az
“Azərsu” işçi axtarır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti və “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün baş mühasib vəzifələri üzrə vakant yerlərə işçi qəbulunu elan edir.
“Azərsu”ASC-nin mətbuat xidməti şöbəsindən Publika.Az-a verilən xəbərə görə, müsabiqədə 1 C mühasibatlıq proqramı ilə işləmək bacarığı və bu sahədə azı 3 il iş təcrübəsi olan, 25-45 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən vətəndaşlar iştirak edə bilər.
Namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı “baş mühasib” göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalı və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.
İşə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.
Publika.Az
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?