Qırmızı.az
Ramil Usubov Baş Kadrlar İdarəsinə tapşırıq verdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün - noyabrın 29-da Sumqayıt şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan sakinlərini, eyni zamanda, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib.
Daxili işlər naziri onların arasından xidmətə yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR