TQDK Gəncədə seminar keçirib
Bizi izləyin

Qırmızı.az

TQDK Gəncədə seminar keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə regional bölməsində kimya və fransız dili fənləri üzrə elmi-metodiki seminar keçirilib.

Publika.az-ın məlumatına görə, seminarda regional bölmənin müdiri Nəsimi Məmmədov kurikulum əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat verib.

Sonra TQDK tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları müzakirə olunub.

TQDK-nın şöbə müdiri Afiqə Batıyeva 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Telman Güləliyev yeni təhsil proqramları əsasında hazırlanmış dərslik komplektinin monitorinqi haqqında məlumat verib.

Daha sonra telekörpü vasitəsilə Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanovanın və Bakıdakı 232 nömrəli orta məktəbin müəllimi Ülviyyə Cəfərovanın müzakirə olunan mövzu ilə bağlı məruzələri dinlənilib.

Gəncə, Göygöl, Qazax, Gədəbəy, Goranboy və Tovuz məktəbləri müəllimlərinin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm