Qırmızı.az
Dəm qazı "terroru": 3 nəfər öldü, 8 nəfər zəhərləndi
Şənbə, bazar günləri Azərbaycanda dəm qazından 3 nəfər ölüb, 8 nəfər zəhərlənib. Zəhərlənmələrin bəziləri ailəvi şəkildə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 29-da Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar.
Noyabrın 30-da isə Gəncə şəhər sakini Arzu Aslanov Sumqayıt şəhərində kirayədə yaşadığı “Qurd-Dərəsi” adlanan bağlar sahəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.
Dəm qazından zəhərlənsə da, canlarını qurtara bilənlər də olub. Belə ki, noyabrın 29-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Hədiməxatun Səfərova və onun bacısı Səma, noyabrın 30-da isə Gəncə şəhər sakini Orxan Məcidzadə, Bakının Binəqədi rayonu ərazisindən Xanım İslamova, onun oğlu Nihat, Gülgəz Mehdiyeva, onun oğlu Mətin və qızı Mədinə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərilib.
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı