Qırmızı.az
7 min insan İİV müayinəsindən keçirildi
Azərbaycanda Avropa İİV testi həftəliyində bir nəfərdə İİV virusu aşkarlanıb. Həmin şəxs Rusiya vətəndaşıdır.
Bu barədə Publika.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Elmira Alməmmədova məlumat verib.
Onun sözlərinə görə, həmin şəxsdə xəstəlik noyabrın 21-dən 28-dək Avropa İİV testi həftəliyi testində aşkarlanıb.
“Avropa İİV həftəliyi zamanı 7 minə qədər insan müayinədən keçib. Onlardan birində xəstəlik aşkarlanıb, iki nəfərin nəticəsi qeyri-müəyyəndir. Onlar təkrar müayinəyə cəlb ediliblər. Aksiyanın məqsədi insanların xəstəlik barədə məlumatlandırılması və könüllü müayinəyə cəlb edilməsidir. Müayinədən keçənlərin hamısı könüllü şəkildə aksiyaya qoşulub”.
E.Alməmmədova onu da bildirib ki, testlər ölkənin 8 ali məktəbində, Qazaxda Qırmızı Körpü sərhəd keçid məntəqəsində, Bakı Beynəlxalq Avtovağzalında, Salyan Avtovağzalında keçirilib.
“Ən aktiv müayinə Azərbaycan Dövlət İqtisad Universitetində olub. İlk dəfə olaraq Bakı Slavyan Universitetində ağız suyu ilə İİV testi edilib. Testlərimiz qanla yanaşı, ağız suyu vasitəsilə müayinə etməyə imkan verir. Bu cür müayinə uzun müddətdir dünyada tətbiq edilir. Bu ildən isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu testdən istifadəyə icazə verilib”.
Gülxar
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?