Qırmızı.az
Prezident fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və
xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların
salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün
istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər
davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları,
bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən
infrastrukturun yaradılması, müasir iaşə obyektləri Bakının
dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi məqsədinə xidmət
edən əhəmiyyətli tədbirlərdəndir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən
işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki,
150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində
qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir
texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. Müxtəlif
rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq
verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma
işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir
işıqlandırma sistemi qurulacaq.
Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından
tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq
-
Ekologiya19:24
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA
-
Magazin119:12
Məşhur reper Akon Bakıya gəldi - VİDEO