Sərxoş sürücü yol polisini yandırdı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Sərxoş sürücü yol polisini yandırdı (YENİLƏNİB)

Bərdə Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə rayon sakini əlində benzin polisə yaxınlaşıb. Polis ona müdaxilə etmək istəyəndə benzini polisin üzərinə töküb və onu yandırıb: “Polis elə də ciddi xəsarət almayıb. Bir az əli yanıb. Prokuroluğa özü gələrək izahat verib. Vəziyyəti normaldır və xəstəxanaya yerləşdirilməyib”.

Prokurorluqdan onu da bildirdilər ki, hadisənin hansı səbəbdən baş verdiyi və polisi yandıranın kimliyi araşdırmadan sonra məlum olacaq.

Daxili İşlər Nazirliyindən isə Publika.az-a bildirilib ki, sürücü yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Sərxoş olan sürücü yol polisi əməkdaşına müqavimət göstərib, onun üstünə benzin töküb. Sürücü saxlanılıb və qanunvericiliklə nəzərdə tutulan qaydada cəzalandırılacaq.

Nazirlikdən bildirilib ki, polis əməkdaşı yüngül xəsarət alıb, ona ilkin tibbi yardım göstərilib.

Gülnar

15:11

Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb.


Bu barədə Aktual.az-a Bərdədən məlumat verilib.


Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.


Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğundadır, araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm