Qırmızı.az
Millət vəkilindən Messinin səfərinə reaksiya: Futbolu diletantların cəngindən xilas edib...
“Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır. Messi, fikrimcə dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa öz sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır:
“Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilərdi. Ən rahat yol isə başqadır. Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 “Qarabağ” kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir.

O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əyirəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsaq Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!”
Aysel Şahmar
-
ABŞ21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin119:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir




















.jpg)












