Region
Tramp İranla bağlı KRİTİK QƏRAR VERDİ - “Bunun vaxtı çatıb...”
ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlarla bağlı ölkədə siyasi kursun dəyişdirilməsinin vacib olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, Politico nəşrinə verdiyi müsahibədə danışıb.
“İranda yeni rəhbərlik axtarmağın vaxtı çatıb”, – deyə Ağ Ev rəhbəri bildirib.
2025-ci ilin dekabrının sonunda İranda milli valyuta – rialın dəyər itirməsi səbəbindən kütləvi etirazlar başlayıb. Hökumət buna cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis isə nümayişçilərə qarşı gözyaşardıcı qaz və silahlardan istifadə edib. İranda hakimiyyət nümayişlərin yaranmasına görə xarici qüvvələri günahlandırır. İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili etirazçıların hərəkətlərini təşkil etməkdə ittiham edib.
Donald Tramp iranlılara etirazlara davam etməyi tövsiyə edib və bildirib ki, “yardım artıq yoldadır”.
Hüseyn İbadlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































