Peyvənddən iflic olan gənc: “Həkim 17 yaşıma qədər yaşayacağımı dedi” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Peyvənddən iflic olan gənc: “Həkim 17 yaşıma qədər yaşayacağımı dedi” - FOTOLAR

Zaur Hacılının 34 yaşı var. Sosial şəbəkələr vasitəsilə çoxnun tanıdığı bu gəncin, bəlkə də, çox böyük uğurları, nailiyyətləri ola bilərdi. Amma buna imkan verməyən təkcə əlil arabasında olması deyil, həm də cəmiyyətin sağlamlıq imkanları məhdud olan şəxslərə qeyri-sağlam yanaşmasıdır. 2 yaşında həkim səhlənkarlığı nəticəsində vurdurduğu peyvənddən iflic olan Zaur Hacılı Publika.az-a danışıb.

- Sizə bütün peyvəndlər vurulubmu?

- Xeyr, 2 yaşımda ilk peyvəndimi həkimin məsuliyətsizliyi ucabatında xəstə-xəstə vurublar. Elə buna görə də uşaq iflicinə səbəb olub və ondan sonra nə mənə, nə də qardaşıma peyvənd vurulub.

- Hansı peyvənddən sonra sizdə geriləmə başladı?

- Adını indi dəqiq bilmirəm, üstündən neçə il keçib. Bilmirəm, ilk vurulan hansıdırsa, yəqin ki, elə odur. Mən 1980-ci ildə doğumluşam və ilk peyvəndi də 1982-ci ildə almışam.

- Bəs peyvənddən iflic olduğunuzu necə müəyyən etdiniz?

- Doğulduğum zaman sağlam olmuşum və ailə qohumluğunun, ana və ata tərəfində əlilliyi olan kimsənin olmaması, həm də peyvənddən sonrakı inkişaf tempi bunu deməyə əsas verir.

- Yəni bu haradasa təsdiqlənibmi?

- Bunu bir çox həkimlər, o cümlədən Moskvadakı həkimlərin dedikləri təsdiqləyir. 2011 ci ildə Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzində olarkən həkim xəstəlik kağızındakı serebral iflic diaqnozunun heç bir bəlirtisinin olmadığını və polimiolit olduğumu dedi. Qeyd edim ki, 6 yaşımda əlillik dərəcəsi alarkən başdansovdu müayinə nəticəsində həkimlər sənəddə bu xəstəlliyi yazıblar.

- Bəs xəstəliyinizlə bağlı xaricdə və ya ölkə daxilində müalicə almısınızmı?

- Atam məni kim hara deyirdi, ora aparırdı, amma effekti olmurdu. Hətta Moskvada bir həkim 17 yaşıma qədər yaşayacağımı bildirmişdi. Çünki məndə meapatemiyanın (əzələ zəyifliyi) 3 növü var və bununla da 17 yaşa qədər yaşamaq olur. Lakin mənim 34 yaşım var...

Moskvada və ölkəmizdə çox müalicələr almışam, amma effekti olmayıb. Sədəcə 2-3 dəfə aldığım masaj, fizoterapiya geriləməni bir xeyli yavaşladıb. Amma 1993-cü ildən 2003-cü ilə qədər ölkədəki muharibə şəraiti və qeyri-müəyyənlik uzun fasilə verməyimizlə nəticələndi. Əzələ zəifliyində əsas bərpadır, yəni masaj+fizoterapiya geriləməni bir xeyli yavaşıladır. Bu isə ildə 2 dəfə 1 ay olmalıdır, amma həyat şərtləri buna imkan vermədi.

- Hazırda hansı çətinlikləriniz var? Bu problem həyatınızda təhsillə və ya işlə bağlı hansı çətinliklər yaradıb?

- Mən altıncı sinfə kimi Ağdamda 3 nömrəli məktəbin şagirdi olmuşam və evdə təhsil almışam. Sonra ölkədəki muharibə şəraiti və qeyri-müəyyənlik təhsilimi tamamlamağıma maneə törətdi. Problemlərin isə sayı-hesabı yoxdur, sosial güvəncəmiz sıfırdır.

Uzun illərdir ki, hər kəs əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasından danışır, dövlət qurumları, əlilliyi olan insanlarla işləyən QHT-lər bu istiqamətdə 10 ildən çoxdur ki, nəyəsə nail olmaq üçün layihələr və dəyirmi masalar təşkil edirlər. Amma çox təəssüf ki, görülən işlər qənaətbəxş deyil.

Əslində, həyat ötüb-keçən ömür, gün deyil, həyat yaşanan gözəl gündür. Biz əngəlli insanların həyatı möhtaclıq ucbatından çox təəssüf ki, sadəcə ötüb keçir. Biz əlilliyi olanların əngəllərini 70-80% azaldacaq vasitələr mövcuddur, amma çox baha olduğundan onları nəğd yolla və qısa bir zamanda əldə etməyimiz qeyri-mümkündür. Amma çarəsi var, o da təklif etdiyimiz "əngəlsiz kredit". Toplumumuzun bütün sahələrdəki söz sahibi olan bütün insanlardan xahiş edirik ki, bu sahədə bizə yardımçı olsunlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm