Qırmızı.az
Bulvar idarəsi: “Şaxta Baba və Qar qız olmaq üçün müraciət edən olmayıb”
Yeni il bayramı ilə əlaqədar Bulvar ərazisindəki keçidlərin çıxışında yolkalar quraşdırılacaq. İşlərin dekabrın 20-nə kimi başa çatdırılması planlaşdırılır.
Bu barədə Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
Onun sözlərinə görə, Bulvar ərazisində təxminən 10 yerdə yolka quraşdırılacaq:
“Ənənəvi olaraq, Azərbaycan Dövlət Kukla Teatrının qarşısı, Hökümət evi, Azneft meydanında, ərazidəki bütün keçidlərin qarşısında yolka quraşdırılması planlaşdırılır. Bu il yeni il bayramı ilə bağlı bir sıra yeniliklər olacaq. Dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində “işıq şou”su keçiriləcək, təxminən yanvarın 5-dək hər axşam olacaq. Həmçinin bayram günü möhtəşəm atəşfəşanlıq olacaq”.
N.Məcidov Şaxta Baba və Qar qız olmaq üçün hələ müraciətlərin olmadığını deyib:
“Hər bir yolkanın yanında bir Şaxta Baba və Qar qız olacaq. Lakin hələ ki bununla bağlı müraciətlər olmayıb. Şaxta Baba və Qar qız olmaq istəyənlər ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə müraciət edib lisenziya almalıdırlar. Yolkalar quraşdırılana qədər onlar seçilməlidir”.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti rəhbəri Əliabbas Bağırov Publika.az-a Şaxta Baba və Qar qız olmaq üçün bir neçə müraciətin olduğunu dedi. Müraciətlərin baxılmasına isə dekabrın 15-dən sonra başlanacaq.
Gülxar
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ