Qırmızı.az
Bakıda jurnalisti it dişlədi
Bakıda jurnalisti it dişləyib. Hadisə bir müddət öncə "Sahil" bağında baş verib. Mediaforum.az saytının əməkdaşı İmdad Əlizadə "Sahil" bağında bir qadının gəzdirdiyi itin hücumuna məruz qalıb: "Gecə yarısı idi, metroya tələsirdim. Saat 12-yə 15 dəqiqə qalırdı. Bir də gördüm ki, qara bir it sağ qolumun arxasından yapışdı. İt bir orta yaşlı qadının əlində idi, amma kəndiri dartıb mənə hücum edə bilmişdi. İtin ağızlığı yox idi". Jurnalist bildirib ki, sözügedən bağda it gəzdirmək qadağandır, hələ iti ağzı açıq gəzdirmək, ümumiyyətlə, olmaz: "Hadisə yerinə polislər gəldi. Qadın məndən üzr istəmək əvəzinə, təhqirlərə başladı. Mən şikayət edəcəyimi deyəndə cavab verdi ki, o zaman mən də səni şərləyəcəm. Qadın deyir ki, guya, mən ona söz atmışam, it də məni tutub. Amma şahidlər də təsdiq etdilər ki, belə bir şey olmayıb. Həm də görəsən, it haradan bilib ki, mən ona söz atdım? Qadın rus dilində danışırdı, deyilənə görə, milliyyətcə ermənidir".
İ.Əlizadə məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib: "Hadisə yerinə gələn polislər də deyirdi ki, şikayət et. Lakin neçə gündür şikayətimə düzgün baxılmır. Məni hadisə yerindən xəstəxanaya göndərdilər. Lakin xəsarətin dərəcəsi müəyyən olunmadı. İndi 10 gündən çoxdur qadını mənimlə görüşdürmürlər, hələ ondan izahat da ala bilməmişdilər. İki gün əvvəl izahat alıblar. Qadın elə yenə də həmin bağda həmin iti ağızlıq taxmadan gəzdirir. Özü də deyir, gəzdirmişəm, yenə də gəzdirəcəm. Mən isə quduzluq əleyhinə iynələr vurdururam. Bu günə kimi itin quduz olub-olmadığını müəyyən etməyiblər. İşi araşdıran polis deyir ki, qadına qarşı inzibati xəta kimi protokol tərtib olunub, onu da baytarlıq idarəsinə göndərəcəklər, orada nə tədbir görüləcəksə, məlum deyil. Amma mənim xəsarət almağımla, maddi və mənəvi zərərimlə bağlı heç bir ölçü götürməyiblər. Maraqlıdır ki, hadisə baş verən vaxt orada olan polislər mənə "şikayət et" dedikləri halda, indi məni görən kimi deyirlər ki, "əmioğlu, şikayət lazım deyil, qadın səni şərləyəcək".
Qeyd edək ki, İmdad Əlizadə artıq bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Elməddin
Publika.Az
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman16 Mart 19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı
-
Ekopublika.az16 Mart 19:00Bakının bütün rayonlarında kirayə qiymətləri artıb - Yeni rəqəmlər































