Qırmızı.az
Azərbaycanlıların tək ümid yeri olan məktəb yandı - Video
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşadığı Qasımlı kəndində orta məktəb binası yanıb.
ANS TV-nin məlumatına görə, məktəb direktoru bildirib ki, sinif otaqları odun sobası ilə qızdırılır və hadisənin də sobadan qaynaqlandığı ehtimal edilir. Yanğının qarşısını vaxtında almaq mümkün olmadığından 550 kv m sahəsi olan 8 sinif otağından ibarət bina tamamilə yanıb.
Bəzi otaqlardan əşyaları çıxarmaq mümkün olsa da, digər 4 otaq içindəki avadanlıqlarla birlikdə külə dönüb.
Yanan bina 45 müəllim və 360 şagirddən ibarət kollektivin yeganə tədris məkanıdır. Məktəbin qonşuluqda yerləşən və yanğına məruz qalmayan digər binası qəzalı vəziyyətdə olduğundan 26 ildir fəaliyyətsizdir.
Marneuli rayon Təhsil Şöbəsindən bildirilib ki, kənddə tədrisin pozulmaması üçün Təhsil Nazirliyi bazar ertəsinədək lazımi qərar verəcək.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi