Qırmızı.az
Kamran Həsənli: "Heç Avropada da belə tərbiyəsizlik yoxdur" - İTTİHAM
Azərbaycanın tanınmış teleaparıcısı Kamran Həsənli efirlərdən narazı olduğunu dilə gətirib. O, Publika.Az-a verdiyi müsahibədə televiziya kanallarında intelektual səviyyəli verilişlərə yox, qalmaqallı proyektlərə daha çox üstünlük verilməsindən şikayətlənib.
- Son illər televiziya məkanlarında az görünməyinizə səbəb
nədir?
- Kanallar təqdim etdiyim layihələrə soyuq yanaşır. Telekanallarda
yemək bişirməkdən və qalmaqallı verilişlərdən başqa heç nə yoxdur.
Güman edirdim ki, telekanallar çoxaldıqca rəngarənglik də artacaq.
Ancaq nəzərdə tutduğum kimi olmadı və bütün kanallarda eyniləşmə
getdi. İntellektual mövzulu verilişlərə televiziya rəhbərləri
dırnaqarası yanaşırlar. Nə vaxta qədər qalmaqallı verilişlərə
baxacağıq? Təəssüflər olsun ki, telekanallar qalmaqallı
proyektlərlə reytinq qazanır. Televiziya millətin üzüdür. Axı bizə
bütün dünya baxır.
- Evlilik verilişlərinin telekanallarda yayımlanmasına
münasibətiniz necədir?
- Əlbəttə, belə verilişlərin əleyihinəyəm. Efirlə ərə getmək
tərbiyəsizlikdir. Mən buna başqa ad verə bilmərəm. 70 yaşlı qadın
ərə getmək üçün efirə çıxırsa, bəs bizim ənənələrimiz harada qaldı?
Dədə-babalarımızdan görmüşük ki, həyat yoldaşı qeyrətimiz sayılıb.
Avropa ölkələrini pisləyirlər, ancaq heç Avropa ölkələrində belə
tərbiyəsizlik yoxdur. Çünki həmin ölkələrdə çərçivə var və həmin
çərçivədən kənara çıxmırlar. Avropalılar ən azından tarixlərini
qoruyub saxlayırlar. Ancaq biz bu gedişlə keçmişimizi
unudacağıq.
- Şou-biznes əhli niyə sənəti ilə yox, şəxsi həyatı ilə
gündəmdədir?
- Şou-biznes nümayəndələri şəxsi həyatlarını telekanallara
çıxararaq həyasızcasına özlərini reklam edirlər. Günahı ifaçılarda
yox, kanallarda görürəm. Ancaq bəzi sənətkarlarımız da var ki, heç
kimin alt paltarından danışmırlar. Həmin müğənnilərə Azər Zeynalov,
Aygün Bəylər, Eyub Yaqubov aiddir. Bu insanlar səhnədə öz işləri
ilə məşğul olduqları üçün efirlərdə az görünürlər.
- Teleaparıcılığınız başınıza bəla olmasına baxmayaraq,
ifaçılığınızı da davam etdirirsiniz?
- Bəli, yenə də oxuyuram. 40-dan artıq mahnımın olmasına
baxmayaraq, klip çəkdirmək fikrində deyiləm. Onu da deyim ki, bəzi
ulduzlar il ərzində tez-tez konsert verirlər. Əslində konsert
verməklərinə pis baxmıram. Tələbat varsa, konsertlərini versinlər.
Ancaq məsələ burasındadır ki, gündəmdə qalmaq üçün yox, onları
sevən tamaşaçıları üçün versinlər.
- Kamran Həsənli qadın ifaçıların geyimindən razıdırmı?
- Hər kəsin evində məsləhət verəni var və hərə özünə cavabdehdir.
Əgər ailəsi onun geyimindən razıdırsa, kənardan heç kim rəy bildirə
bilməz.
- Azərbaycanda pullu müğənnilər kimlərdir?
- Hansı ki, müğənninin toyu çoxdur, demək, onun pulu var.
Azərbaycan müğənnilərinin qazanc yeri ancaq toylardır.
- Musiqi aləmində sənət dostlarınız kimlərdir?
- Könül Kərimova ilə, İzzət Bağırovla, Eyyub Yaqubovla və Ədalət
Şükürovla yaxınam. Ən hörmət etdiyim müğənni isə Brilliant
Dadaşovadır. Hətta Brilliant xanımla işbirliyimiz də olub.
- Bildiyimizə görə, evlisiniz. Bu vaxtadək xanımınızla
sənətinizə görə problemlər yaşamısınız?
- Hər bir ailədə söz-söhbət olur. Həyat yoldaşım qısqanc biridir.
İşimlə bağlı qısqanmasına baxmayaraq, çox vaxt büruzə verməməyə
çalışır. Onu da deyim ki, uşaqlıq dövrümdən ətrafımda çoxlu qızlar
olub.
- Bəs, siz xanımınızı kimə qısqanırsınız?
- Həyat yoldaşıma inandığıma görə, onu heç kimə qısqanmıram. Çünki
ona özümdən çox güvənirəm və etibar edirəm.
Ceyran Əsgərqızı
Publika.Az
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO