Qırmızı.az
Telekanalların efir siyasətində dəyişiklik vacibdir
"Televiziyaların ictimai rəyin formalaşmasında, insanların maariflənməsində ciddi rolu var. Yaxşı olar ki, özəl telekanallara rəhbərlik edən şəxslər bu amili nəzərə alsınlar". Publika.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, professor Jalə Əliyeva telekanalların efir siyasətindən danışarkən belə deyib.
Son dövrlər Milli Televiziya və Radio Şurasının telekanalların efir siyasəti ilə bağlı ardıcıl qərarları, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum məqaləsi, məsələyə Prezident İlham Əliyev səviyyəsində reaksiya verilməsi telekanalların efir siyasətində köklü dəyişikliklər ediləcəyinə dair qənaətləri möhkəmləndirib.
Belə bir məqamda fəaliyyəti daha çox tənqid olunan ATV telekanalının rəhbərliyində dəyişiklik edilməsini ekspertlər televiziyalarla bağlı vacib islahatın tərkib hissəsi sayırlar.
Millət vəkili Jalə Əliyevanın fikrincə, telekanalların efir siyasətində dəyişikliklər vacibdir və bu istiqamətdə atılan bütün addımlar dəstəklənməlidir: "Telekanalların efir siyasəti ilə bağlı müzakirələr yeni deyil. İndiyə qədər dəfələrlə bu mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif irad və təkliflər səslənib.
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bununla bağlı məqaləsi də məsələdən hakimiyyət səviyyəsində narahatlığın ifadəsi sayıla bilər. Hörmətli akademik elmi işə bərabər tutulacaq səviyyədə bu məsələni təftiş etmişdi və bundan telekanalların nəticə çıxarması labüd idi.
Hətta Prezident İlham Əliyev də dəfələrlə telekanalların efir siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Düzdür, telekanal rəhbərləri iddia edirlər ki, tamaşaçı daha çox bayağı verilişlərin arxasınca qaçır və bu mənada onlar da bu tip verilişləri efirə verməyə məcburdurlar. Lakin bu qaneedici cavab deyil.
Yaxşı olar ki, telekanalları yönləndirən şəxslər aşağı zövqlü tamaşaçıların arxasınca qaçmasınlar, ciddi auditoriyanı nəzərə alsınlar. Biz demirik ki, Azərbaycan qloballaşan dünyadan təcrid olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan qərbə inteqrasiya edən şərq ölkəsidir. Bizim milli mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirməyimizə, gənc nəslin bu dəyərlər əsasında tərbiyə olunmasına ciddi ehtiyac var".
Azər Niftiyev
Publika.Az
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı