Qırmızı.az
Cəriməni mobil telefon vasitəsilə ödəyə biləcəyik
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 11-də “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə imzaladığı fərman “ASAN xidmət”ə kifayət qədər mütərəqqi səlahiyətlər verir. Son dəyişiklik korrupsiyaya qarşı mübarizə baxımdan eləcə də, xidmətlərin elektronlaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan, son dəyişikliklər təqdir edilməlidir".
Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə verilən fərmanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, sənəd “ASAN ödəniş” sistemi formalaşdırılacaq. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edəcək.
“Bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbirdir. Belə ki, avtomobilinizdə qaydanı pozursunuzsa, o zaman sizin qayda pozuntunuzu əks etdirən şəkil və tərtib edilən akt sizin mobil telefonunuza göndəriləcək. Siz isə heç yerə getmədən mobil telefon vasitəsi ilə ödəniş edəcəksiniz. Ödəniş etməyi unutmusunuzsa, o zaman sistem sizi sonradan yenə də mobil telefon vasitəsi ilə məlumatlandıracaq. Eyni zamanda, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur. Oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə də tətbiq ediləcək.
Ən ciddi yeniliklərdən biri isə “ASAN xidmət” mərkəzlərində dövlət
orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının
genişləndirilməsidir. Belə ki, artıq bu xidmət indiyədək mənzillər
üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması
barədə çıxarış və texniki pasportları verirdirsə, son
dəyişiklilərdən sonra artıq mənzillər üzərində mülkiyyət
hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni
zamanda, əgər əvvələr “ASAN xidmət” fərdi yaşayış evləri üzərində
mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa,artıq
onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların verilməsini həyata keçirəcək. Bununla yanaşı,
yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə
qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda
çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata
alınması və hərbi qeydiyyatdan çıxarılması vəxaricdə istifadə üçün
nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu
həyata keçirəcək”.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər