Qırmızı.az
Hökumət ədəbi orqanlara 709 min 262 manat vəsait ayırdı
Nazirlər Kabineti Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında qərar qəbul edib. Bu barədə Publika.Az Nazirlər Kabinetinin rəsmi saytına istinadən dən məlumat verir.
Qərara əsasən fondun işçilərinin sayı 6-dan 10-a qaldırılıb. Fondun 2012-ci il üçün saxlanılması xərcləri 502 957 manat, o cümlədən, ştatda olan işçilərin əməkhaqqı 59200 manat, ştatdankənar işçilərin əməkhaqqı 20160 manat, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 20100 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmaları 21881 manat həcmində təsdiqlənib. Bundan başqa, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, üzvlərin bu tədbirdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə və ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri, işçilərin icbari dövlət sığortası və fondun fəaliyyəti ilə bağlı digər xərclər 381616 manat müəyyənləşdirilib.
Cari il üçün fond tərəfindən KİV və jurnalist müsabiqələrini maliyyələşdirmək üçün 2658389 manat vəsaitin ayrılması təsdiqlənib. Bundan başqa, fond tərəfindən "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalı və "Ədəbiyyat", "Savalan" qəzetlərinin redaksiyalarına verilməsi üçün 709262 manat vəsait nəzərdə tutulub.
Publika.Az
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO