Qırmızı.az
Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinə şərh verdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə
növbəti açıq məhkəmə iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2013-cü il 7
noyabr tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 21.3-cü və 78-ci maddələrinin şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin
məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, işin
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, məhkəmə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 21.3-cü maddəsində nəzərdə tutulmuş anlaqlı vəziyyətdə
cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi
xəstəliyə tutulmuş şəxs barəsində Azərbaycan Respublikası Cinayət
Prosessual Məcəlləsinin 485-ci maddəsinin tələblərinə riayət
olunmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
məsələsini həll edir.
Məhkəmə tərəfindən belə işlər üzrə icraatın dayandırılması məsələsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həll edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi, bu maddədə göstərilən xəstəliklər məhkəmənin ittiham hökmü elan edildikdən sonra icra edilənədək və ya cəzanın çəkilməsi zamanı baş verdiyi halda, şəxsin müvafiq olaraq cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini, yaxud azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR