Qırmızı.az
Mehriban Əliyeva “Atəşgah məbədi”ndə olub - FOTOLAR
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin
hazırlığı ilə tanışlıq məqsədilə dekabrın 17-də “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
Publika.az xəbər verir ki, ilk Avropa
Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən
Oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu
isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı
tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi
mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən,
UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri
var.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva qoruqla tanış oldu.
İlk Avropa Oyunları zamanı ölkəmiz növbəti dəfə də öz qüdrətini,
xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını
Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirmək üçün lazımi
işlər görür. Mehriban Əliyeva Oyunların Təşkilat Komitəsinin hələ
ilk iclasında bildirmişdi ki, Birinci Avropa Oyunlarına ev
sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm
daşıyır və bu sırada turizm marşrutlarının və mədəni proqramların
tərtib edilməsi xüsusi əhəmiyyətə malikdir. Atəşgah məbədi isə
tarixi əhəmiyyətinə görə ən maraqlı abidələrdən biri sayılır.
Atəşgah XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi, sönməz
alovların yerində inşa edilən od məbədidir. İndiki ibadətgah da
atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu
məbədlər təqribən II-III əsrlərdə inşa olunub. XVII əsrdə məbədin
ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara
inşa edilib.
Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verdi.
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq