Qırmızı.az
“Saxta diplom” qalmaqalı böyüyür
Martın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə imtahan verən 1 milyon 978 min 226 nəfərdən 615582 nəfərin tələbə adını qazandığını, 22332 nəfərin isə TQDK-nın “qara bazası”na düşdüyünü söyləyərək, onların imtahan verməsələr də əllərində ali məktəblərin diplomları olduğunu vurğulayıb.
Mətbuatda “qara siyahı”ya düşən 22332 nəfərin saxta diplom alması
barədə məlumatlar yer alsa da, Təhsil Nazirliyi bunu təkzib
edir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə
Publika.Az-a acıqlamasında söyləyib ki, 22332 nəfərin TQDK-nın
“qara siyahısı”na düşməsi, yəni dövlət qulluğuna imtahan verənlərin
adlarının “Tələbə-Məzun”elektron sistemində tapılmaması həmin
məzunların diplomunun saxta olmasına dəlalət etmir:
TQDK-dan rəsmi olaraq bildirdilər ki, Məleykə xanımın fikri
mətbuatda təhrif olunub. Mətbuat bu məsələni şişirdib. TKDK-dan
bizə bildirdilər ki, Məleykə Abbaszadə tədbirdə 22332 məzununun
adının “qara siyahı”ya düşdüyünü, onların TQDK vasitəsilə ali
məktəbə daxil olmadığını bildirib.
Bu fikir həmin məzunların diplomunun saxta olmasına dəlalət etmir.
Çünki həmin dövrdə qanunvericilik başqa ölkələrin ali
məktəblərindən Azərbaycanın ali təhsil müəssisələrinə köcürmələrin
aparılmasına imkan verirdi. Bundan əlavə adları TQDK-nın məlumat
sisteminə düşməyənlərin arasında xarici ölkələrin ali təhsil
müəssisələrində dövlət xəti ilə yaxud öz hesablarına xaricdə təhsil
alanlar da ola bilər.
2004-cü ilə qədər özəl ali məktəblər özləri də tələbə qəbulu
aparıb. Onlar TQDK vasitəsilə ali məktəbə qəbul olunmadıqlarından,
onların adlarının TQDK-nın siyahısına düşməməsi təbiidir. Heç kəs
onların diplomunun saxta olduğu barədə fikir söyləyə bilməz”.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Publika.Az-a
deyib ki, Məleykə Abbaszadə tədbirdə 22332 nəfərin TQDK vasitəsilə
ali məktəbə daxil olmadığını, bu səbəbdən onların adlarının qurumun
“qara siyahısına” düşdüyünü söyləyib: “Məleykə xanım saxta diplom
adı çəkməyib. Biz deyə bilmərik ki, TQDK vasitəsilə ali məktəbə
daxil olmayanların diplomu saxtadır, ya yox. Bunu araşdırmaq bizim
işimiz deyil”.
Zülfiyyə Telmanqızı
Publika.Az
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 26 İyun 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir












.jpg)

.jpg)


.jpg)

.jpg)















.jpg)