Qırmızı.az
Qənirə Paşayeva: “Kim düşünürsə ki, erməni iddiaları yaxın 3-5 ilə bitəcək, yanılır“
Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" mövzusunda dəyirmi masa keçirilib.
Publika.Az-ın verdiyi məlumata Tədbirdə Azərbaycan və Türkiyədən
nümayəndə heyətləri iştirak edib.
SAM-ın direktor müavini Gülşən Paşayeva Azərbaycan-Türkiyə
əlaqələrinin xüsusi əhəmiyyətini vurğulayıb. İstanbul
Universitetinin rektor müavini Əhməd Cavad çıxışında ölkələr
arasında münasibətlərdən danışıb:
"Biz ətrafımızdakı təhdidləri müəyyənləşdirməliyik. Azərbaycan
kritik nöqtədədir. Erməni məsələsi Türkiyə və Azərbaycanın ümumi
problemidir. Bunun üçün qüvvələrimizi birləşdirməli və birgə
hərəkət etməliyik".
Ə. Cavad qeyd edib ki, Türkiyədəki bir sənətçinin "Sarı gəlin"
mahnısını erməni dilində oxuması onları da narahat edir.
Millət vəkili Rəbiyyət Aslanova bildirib ki, sovetlər birliyi
dağıldıqdan sonra münasibətlərin yeni mərhələsi başlayıb. O
xatırladıb ki, 21 il öncə Türkiyə Azərbaycanın müstəqilliyini
tanıyıb və Bakıda səfirlik açıb: "Bu gün biz bir-birimizi yaxşı
tanımalı və hansı potensialımızın olduğunu müəyyənləşdirməliyik.
Mən ATƏT-də nümayəndə heyətinin üzvüyəm. Açıq deyim ki, biz bəzən
Türkiyədən istədiyimiz dəstəyi ala bilmirik. Son olaylar göstərdi
ki bu sahədə birliyimizə ehtiyac var".
Mili Məclisin üzvü Qənirə Paşayeva isə çıxışında Türkiyə toplumunun
Azərbaycanı tanımasında bəzi problemlərin olduğunu söyləyib. O, hər
iki ölkənin vətəndaş cəmiyyətlərinin əməkdaşlığını da vacib sayıb:
"Hər birimizi narahat edən ortaq problemlər var. Bunun başında
erməni iddiaları gəlir. Kimsə düşünürsə ki, ermənilərin soyqırım
iddiaları yaxın 3-5 ilə bitəcək, yanılır. Bu, 50 ilə də bitməyəcək.
Onlar bunu bir milli kimlik məsələsinə çeviriblər. Bu problem eyni
zamanda bizim problemimizdir".
Tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə arasında əlaqələrin
gələcəyi barədə fikirlərini söyləyiblər.
Rüfət Əhmədzadə
Publika.az
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı