Əli Həsənov: "Müxalifətin istənilən təklifini dinləməyə hazıram"
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: "Müxalifətin istənilən təklifini dinləməyə hazıram"

Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətlə görüşüb istənilən təklifi dinləməyə, müzakirə etməyə hazırdır.


Publika.Az-ın verdiyi məlumata görə, bu barədə PA rəsmisi "Yeni Müsavat" qəzetinə müsahibəsində bildirib.

Qəzet əməkdaşının müxalifətdən gələn təkliflərə hakimiyyətin münasibəti barədə sualına Ə.Həsənov belə cavab verib:

"Nümayəndə mən, nə vaxt istəyirlər, müxalifətin istənilən təklifini dinləməyə, onlarla bu məsələləri müzakirə etməyə hazıram".

Hakimiyyət rəsmisi vurğulayıb ki, müxalifət nümayəndələrinin istədikləri vaxt onlarla görüşə və ölkədə həyata keçirilən tədbirlərlə əlaqədar
müzakirə apara bilər:

"Bu, kifayətdir ki, mən Azərbaycan prezidentinin, Azərbaycan hakimiyyətinin ictimai-siyasi dairələrlə əlaqələrini quram. Həmçinin onların təkliflərini dinləyəm, bu və ya digər ideyalarını ümumiləşdirəm və dövlət başçısına, hakimiyyətə məruzə edəm. Yəni ictimai-siyasi əlaqələndirmə bilavasitə rəhbərlik etdiyim şöbənin və şöbə müdiri kimi mənim vəzifəmdir".

PA rəsmisi onu da deyib ki, İctimai Palata mitiniq keçirmək istəyərsə, bunu nəzərdə tutulan Bibiheybət Stadionunda edə bilərlər.

"YAP orda aksiya keçirirsə, niyə müxalifət keçirməsin?", - deyə Əli Həsənov əlavə edib.


Rüfət Əhmədzadə,Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm