Qırmızı.az
Hüseyn Bağırov sürüşmə olan ərazilərdən danışdı
“Əsasən tikinti və qazıntı işləri aparan şəxslər ərazinin texnogen və antropogen xüsusiyyətlərini nəzərə almalıdırlar. Bu işlərin 90 faizi Ekologiya Nazirliyi ilə məsləhətləşmədən aparılır və nəticədə, sürüşmə aktivləşir”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Onun sözlərinə görə, hazırda sürüşmə zonaları aktivləşməyib. Amma sürüşməyə səbəb olan hallardan biri də antropogen amillərdir:
“Təhlükəli iş yerlərində iş aparılarkən, təbii ki, reaksiya olur. Sürüşməyə meyilli ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər. Sürüşmə halları, adətən, payız aylarında daha aktiv olur. İlk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur və bu, yeni hal və yeni problem deyil”.
Nazir vurğulayıb ki, əsasən tikinti və qazıntı işləri aparan şəxslər ərazinin texnogen və antropogen xüsusiyyətlərini nəzərə almalıdırlar: “90 faiz bu hallar nazirliklə məsləhətləşmədən aparılır və nəticədə, sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidmətləri orqanların əməkdaşları ilə razılaşdırılmış şəkildə aparılmalıdır. Nəticədə, geoloq da razılaşmaya rəy verməlidir”, - Hüseyn Bağırov bildirib.
Gülxar
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz